Görülücək işlər:
• Bankda tətbiq edilən modellərin tələblərə uyğun olaraq validasiyasını təmin etmək.;
• Model performansının qiymətləndirilməsi və zəif tərəflərin analizi;
• Modelin daxil olan məlumatların mənbəyinin və keyfiyyətinin yoxlanılması;
• Biznes, risk, data science, model sahibləri və digər maraqlı tərəflərlə əməkdaşlıq;
• Alternativ ("challenger") modellərin qurulması və müqayisəli performans analizlərinin aparılması;
• Python və SQL istifadə edərək böyük həcmli datasetlərin analizi;
• Validasiya nəticələrinin sənədləşdirilməsi və təqdimatı;
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Bizim üçün uyğun namizəd:
• Maliyyə, Statistika, Komputer elmləri, Riyaziyyat və ya əlaqədar sahədə ali təhsil;
• Model validasiyası, data science və ya risk modelləşməsi sahəsində 1-3 il iş təcrübəsi.
• Python və SQL proqramlaşdırma dillərində təcrübə;
• Statistik analiz və Maşın öyrənmə modellərinin əsas prinsipləri üzrə biliklər (Logistic Regression, Decision Tree, XGboost, Clustering və s.);
• Səlis Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili (B2 və yuxarı);
• Analitik və kritik düşüncə bacarığı, detallara diqqət;
• Komandada işləmə, təqdimat və maraqlı tərəflərlə effektiv kommunikasiya bacarığı olan şəxsdir.
Model risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi
Daimi
Tam gün
Müraciət et