Korporativ idarəetmə və biznes proseslərin modelləşdirilməsi şöbəsinə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bankın struktur bölmələri ilə birgə bankdaxili biznes prosesləri təhlil etmək və biznes proseslər üzrə qrafik təsvirləri (biznes proses modellərini) hazırlamaq;
  • Biznes proseslərin təhlili, vizuallaşdırılması, idarə edilməsi və reyestrinin aparılması kimi istiqamətlər üzrə layihələrdə iştirak etmək, qabaqcıl təcrübələrin Bankda tətbiqi üçün araşdırmalar aparmaq;
  • Bankın struktur bölmələrindən daxil olan sorğulara əsasən normativ sənəd layihələrini hazırlamaq və müvafiq struktur bölmələri tərəfindən razılaşdırılması prosesində iştirak etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsili olan (xaricdə və biznesin idarə edilməsi, menecment, iqtisadiyyat, hüquq və ya digər uyğun sahələr üzrə ali təhsil arzuolunandır);
  • Microsoft Office proqramlarından yaxşı səviyyədə (Word, PowerPoint – yüksək, Excel – orta) istifadə etmək bacarığına sahib olan;
  • Səlis Azərbaycan dili biliklərinə malik olan;
  • İngilis dilini yaxşı səviyyədə bilən;
  • Punktual, detallara diqqət edən, effektiv ünsiyyət, konflikt həll etmək və təqdimat bacarıqlarına sahib olan.
  • Biznes proseslərin təhlili, modelləşdirilməsi və idarə edilməsi sahəsində təcrübənin və peşəkar sertifikatların olması əlavə üstünlükdür.