Daxili nəzarət departamenti İnsidentlərin təhlili və araşdırılması şöbəsinin mütəxəssisi

Daimi Tam gün

İş haqqında


Görəcəyiniz Işlər
• Daxil olmuş sorğular əsasında Bankda mövcud olan insidentlər və ya baş verə biləcək fraud halları üzrə müvafiq araşdırmaların aparılması;
• Aparılan araşdırmanın nəticəsinə uyğun olaraq kənarlaşmaların aradan qaldırılması istiqamətində qanunvericilklə qəbul olunmuş tədbirlərin görülməsi;
• Bankın baş ofisində və struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunverciliyinə və daxili qaydalara uyğunluğu baxımından distant və yerində yoxlamaların həyata keçirilməsi;
• Bankda mövcud olan nəzarət sistemlərinin effektivliyi istiqamətində monitorinqlərin aparılması, nəzarət sistemlərinin qabaqcıl təcrübəyə uyğunluğu baxımdan qiymətləndirilməsinin həyata keçirilməsi;
• Bankın fəaliyyətini əhatə edən biznes proseslərdə mövcud olan nəzarət mexanizmlərini gücləndirən yeni alət və mexanizmlər barədə tövsiyələrin verilməsi;
• Aparılan yoxlamalar zamanı, sahə üzrə risklərin müəyyən edilməsi. Risklərin mitiqasiyası üzrə müvafiq nəzarət tədbirlərin tətbiqi istiqamətində tövsiyələrin verilməsi.


Bizim Üçün Uyğun Namizəd
• Ali təhsilli (Maliyyə, hüquq və iqtisadi sahədə);
• İnduktiv və analtik təhlil etməyi bacaran;
• MS Office proqramlarında iş bacarığı olan;
• Bankda minimum 1-2 il iş təcrübəsi olan;
• Flexcube, Bİ və BPM üzrə bilikləri olan;
• Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik şəxsdir.