Görəcəyiniz işlər:
- Müştəri xidməti strukturlarında göstərilən xidmət və keyfiyyəti ölçmək və qiymətləndirmək;
- Müştəri xidməti strukturlarının xidmət və keyfiyyət göstəricisi üzrə hesabatları hazırlamaq;
- Müştəri xidməti strukturlarının məsafədən və yerində monitorinqləri aparmaq;
- Əməkdaşlar arasında daxili davranış qaydalarına və müştəri xidmət standartlarına uyğun davranmadıqda bu halların araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı təkliflər vermək;
- Şöbə fəaliyyətinə dair görülmüş işlər barədə hesabatlar hazırlamaq;
- Şöbəyə daxil olan ərizə, şikayət və təklifləri araşdırmaq və onların həlli istiqamətində işlər aparmaq;
- Əməkdaşların işinə nəzarət etmək, qiymətləndirmək;
- Əməkdaşların təlim ehtiyaclarını müəyyənləşdirmək və bu istiqamətdə təkliflər hazırlamaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- MS Office proqramlarında sərbəst işləmək bacarığına;
- Bank sahəsi üzrə minimum 2 il iş təcrübəsinə;
- Azərbaycan və rus dillərində yüksək bilik səviyyəsinə;
- Komandada iş bacarığına;
- Araşdırma və analitik düşünmə bacarığına;
- Təqdimatların hazırlanması bacarığına sahib olan şəxsdir.