Korporativ satışlara dəstək şöbəsinin Aparıcı mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • MXS-də qeyri-kredit məhsullarının satışı və xidmətin həyata keçirilməsi ilə bağlı yaranan gündəlik problemləri, çatışmazlıqları müəyyən etmək, onların yaranma səbəblərini araşdırmaq və aradan qaldırılması üçün zəruri tədbirlər görmək;
  • MXS əməkdaşlarına qeyri-kredit məhsulları ilə bağlı tətbiq edilən işgüzar dövriyyə adətləri, həmçinin müvafiq qanunvericilik və bankdaxili normativ sənədlər üzrə zəruri metodik yardım göstərmək;
  • Məsafədən göstərilən bank xidmətləri üzrə həm müştərilərə, həm də MXS-lərin müvafiq əməkdaşlarına dəstək göstərmək;
  • Korporativ müştərilərə göstərilən xidmətlərin optimallaşdırılması və avtomatlaşdırılması ilə bağlı təkliflər vermək və onların icrasında iştirak etmək;
  • Şöbənin fəaliyyəti ilə bağlı bankdaxili normativ sənədlərin hazırlanması və ya onlarda dəyişiliklər edilməsi üzrə rəy və təkliflər vermək;
  • Korporativ məhsul və xidmətlər üzrə təqdimatların hazırlanması.

 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (Riyazi və iqtisadi sahədə təhsil üstünlükdür);
  • Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığı olan;
  • Bankda icra olunan əməliyyatlar və ən yaxşı təcrübənin tətbiqi sahəsi üzrə biliklərə malik olan;
  • Komandada işləmək bacarığı olan;
  • Korporativ müştərilərə xidmət üzrə 1-3 il təcrübəyə malik olan;
  • Təqdimat və ünsiyyət bacarığı olan;