İpoteka sahəsinin back-end üzrə baş proqramçısı

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • İpoteka məhsullarına dair backend sistemlərinin layihələndirilməsi, inkişafı və saxlanması;
  • Mikroservis memarlığına əsaslanan sistemlərin dizaynı və tətbiqi;
  • İnteqrasiya layihələrinin idarə olunması: kredit büroları, dövlət reyestrləri, daşınmaz əmlak sistemləri və s.;
  • Komanda daxilində kod keyfiyyətinin, test əhatəsinin və sənədləşmənin təmin olunması;
  • Junior və mid səviyyəli developer-lara mentorluq;
  • Texniki tapşırıqların biznes tələblərə uyğunlaşdırılması və implementasiya strategiyasının hazırlanması;
  • DevOps, CI/CD proseslərinə töhfə vermək;
  • Arxitektur qərarlarda Product Owner və Solution Architect ilə sıx əməkdaşlıq.

Bizim üçün uyğun namizəd:

  • Ali texniki təhsilə (Kompüter Elmləri, Proqram Mühəndisliyi və ya Proqramlaşdırma üstunlükdür);
  • Backend proqramlaşdırmada minimum 5 il təcrübəyə;
  • Java (Spring Boot), .NET, və ya Node.js üzrə dərin biliklərə (ən azı birində ekspert səviyyəsi);
  • RDBMS (PostgreSQL, Oracle) və NoSQL (MongoDB, Redis) ilə iş təcrübəsinə;
  • REST API və GraphQL servis təcrübəsinə;
  • Message broker-lərlə təcrübəsinə (Kafka, RabbitMQ və s.);
  • CI/CD alətləri (Jenkins, GitLab CI, Docker, Kubernetes) üzrə iş təcrübəsinə;
  • Unit, Integration və Load test təcrübəsinə;
  • Agile (Scrum, Kanban) metodologiyası üzrə komanda təcrübəsinə;
  • Məlumat təhlükəsizliyi və şifrələmə prinsipləri üzrə anlayışa sahib olan şəxsdir.