Daxili nəzarət departamenti İstehlakçı müraciətləri ilə iş şöbəsinin mütəxəssis

Daimi Tam gün

İş haqqında


Görəcəyiniz işlər:
• Dövlət orqanları və hüquqi şəxslərdən departamentə daxil olan müraciətlərinin qanunvericilikdə nəzərdə tutulduğu qaydada və müddətdə araşdırılmasını və cavablandırılmasını təmin etmək;
• Müraciətə baxılan zaman onların mahiyyətini diqqətlə öyrənmək, zəruri olduğu halda lazımi sənədləri tələb etmək və problemin həlli üçün tədbirlər görmək, müraciətlərin araşdırılması prosesində yarana biləcək mübahisələri operativ və effektiv həll etmək;
• Müraciətlərin xarakterindən asılı olaraq, aidiyyəti oqranların və Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq nümayəndələri, eləcə də istehlakçılarla kommunikasiyalar aparmaq, məlumatlar təqdim etmək və görüşlər təşkil etmək;
• Daxil olan müraciətlərin reyestrdə qeydiyyatını aparmaq, reyestrdə olan məlumatları daxil olma dövrünə və xarakterinə uyğun icmallaşdırmaq, fəaliyyətinə və istehlakçı müraciətlərinin əsas səbəblərinə dair statistikanı aparmaq və ümumiləşdirilməni təmin etmək, eləcə də fəaliyyətinin nəticələri barədə hesabatlar təqdim etmək

Bizim üçün uyğun namizəd:
• Ali təhsilli (maliyyə və iqtisadi sahədə);
• MS Office proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
• Bankda minimum 1 il iş təcrübəsi olan;
• Komandada iş bacarığı olan;
• Problem həll etmə bacarığı olan;
• Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.