Komplayns risklərinin idarə edilməsi üzrə qrup rəhbəri

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bankın struktur bölmələrinin rəhbərlərinə və icra orqanına komplayns riskinin idarə edilməsi ilə bağlı tövsiyələr vermək.
  • Yeni bank məhsulları və xidmətləri, habelə onların həyata keçirilməsi üsullarına dair komplayns riskləri baxımından rəy vermək.
  • Komplayns riskinin idarə edilməsi ilə bağlı daxili sənədlərin hazırlanmasında, Bankın və onun işçilərinin fəaliyyətində maraqların toqquşmasının aşkarlanması, idarə edilməsi və onların minimuma endirilməsinə yönəlmiş daxili sənədlərin hazırlanmasında iştirak etmək.
  • Müştəri şikayətlərinin (müraciətlərinin, ərizələrinin) dinamikasını təhlil etmək və müştəri hüquqlarının Bank tərəfindən qorunmasını təmin etmək.
  • Komplayns risklərinin aşkarlanması və minimallaşdırılması məqsədilə Bank əməliyyatlarının təmin edilməsi üçün xidmətlərin göstərilməsi və (və ya) işlərin görülməsi ilə bağlı Bankın hüquqi şəxslər və fərdi sahibkarlarla müqavilə bağlamasına (autsorsinq) rəy vermək.
  • Rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəyə yönəlmiş daxili sənədlərin tələblərinə Bankda riayət olunmasına nəzarət etmək.
  • Korporativ davranış qaydalarına və peşə etikasına riayət olunmasına yönəlmiş daxili sənədlərin tələblərinə Bankda riayət olunmasına nəzarət etmək.
  • Mövcud qanunvericilikdə (qanunlar, qaydalar, standartlar və digər normativ aktlar) baş vermiş dəyişikliklərin Bankın daxili sənədlərində nəzərə alınmasına və müvafiq düzəlişlərin aparılmasına nəzarət etmək.
  • Komplayns riskinin idarə edilməsi ilə bağlı Bankın daxili sənədlərində nəzərdə tutulmuş digər funksiyaları həyata keçirmək.
  • Maraqlar toqquşmasının tənzimlənməsi və daxili (insayder) məlumatlardan istifadənin və qiymətli kağızlar bazarında manipulyasiyanın qarşısının alınmasına nəzarət etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilə sahib;
  • Sahə üzrə ümumi 4 il, (bank sahəsində olması üstünlükdür) təcrübəyə sahib;
  • Yaxşı səviyyədə Microsoft Office proqramlarını istifadə etməyi bacaran
  • Yaxşı səviyyədə ingilis və rus dilləri bilən;
  • Departamentin fəaliyyət sahəsini tənzimləyən qanunvericilik bazası ilə tanış olan;
  • Mərkəzi Bankın normativ aktları ilə tanış olan;
  • Analitik düşüncə tərzinə sahib;
  • Problemləri həll etmə bacarığına sahib;
  • Komandada işləmə bacarığına malik;
  • Stressə davamlı;
  • Təqdimat və Kommunikasiya bacarıqları yüksək şəxsdir.