Görəcəyiniz işlər:
- • Qlobal iqtisadi və maliyyə bazarlarında baş verən dəyişikliklərin Azərbaycan iqtisadiyyatına və bankın fəaliyyətinə mümkün təsirlərinin müntəzəm təhlilində iştirak etmək, nəticələrin risk idarəetməsi və strateji qərarvermə proseslərinə inteqrasiyasına töhfə vermək;
• Maliyyə sektorunun və bazarlarının sabitliyi və inkişafına dair trendlərin izlənilməsi, maliyyə infrastrukturunun dayanıqlılıq səviyyəsinin qiymətləndirilməsi və bu istiqamətdə analitik hesabatların hazırlanması;
• Bazar və likvidlik riskləri üzrə bankdaxili limitlərin və requlyativ tələblərin icrasına nəzarət etmək, uyğunsuzluqlar olduqda müvafiq bölmələrə xəbərdarlıq və təkliflərin verilməsi;
• İnvestisiya portfeli üzrə risklərin qiymətləndirilməsi və monitorinqi, o cümlədən portfelin risk iştahası ilə uyğunluğunun yoxlanılması və təkliflərin verilməsi;
• Bankın bazar və likvidlik risklərinin ölçülməsi üzrə modellərin təkmilləşdirilməsi və yeni metodologiyaların hazırlanmasında iştirak etmək (məsələn: DV01, duration gap, EVE, NII modelləri və s.);
• Stress-ssenarilər və kapital adekvatlığı simulyasiyaları çərçivəsində bazar və likvidlik risklərinin proqnozlaşdırılması və bu modellərin ICAAP və digər daxili qiymətləndirmə proseslərinə inteqrasiyasında iştirak etmək;
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsilə;
- İqtisadi modelləşdirmə və statistika sahəsində biliklərə;
- CFA və ya FRM sertifikatlarının olması üstünlükdür;
- Bankların maliyyə hesabatlarını anlama və təhlil etmə bacarıqlarına;
- Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyətinə;
- Analitik təfəkkür, araşdırma və yüksək təhlil etmə qabiliyyətinə malik olan şəxsdir.