Görəcəyiniz işlər:
- Məhsulun optimallaşdırılması və innovativləşdirilməsi üzrə davamlı işlərin aparılması;
- Biznes tapşırıqlar əsasında məlumatların təhlili, modellərin və yanaşmaların hazırlanması və tətbiqi;
- Müştəri seqmentlərinin/alt-seqmentlərinin səyahətlərinin (journey) təhlili və satışların artımına yönəlik təkliflərin hazırlanması;
- Kobrend məhsullar (xüsusilə mil kartlar və aviaşirkətlərlə partnyorluq layihələri) sahəsində mövcud bilik və təcrübəyə əsaslanaraq bazar tendensiyalarının və rəqib təcrübələrinin araşdırılması və tətbiqi;
- Mil kart məhsulları üzrə kampaniyaların idarə olunması (campaign management), nəticələrin təhlili və optimallaşdırılması;
- Müştəri bazasının böyüməsi və mil proqramına qoşulmanın artırılması üçün yeni imkanların araşdırılması və reallaşdırılması;
- Məhsulun gəlirliliyini yüksəltmək məqsədilə xərc optimizasiyası və əlavə gəlir mənbələrinin araşdırılması;
- Kart məhsulları üzrə dövriyyənin artırılmasına yönəlik fəaliyyətlərin təşkili;
- Cari və potensial tərəfdaşlarla (aviaşirkətlər, ticarət və xidmət şəbəkələri) əməkdaşlıq, yeni təşəbbüslərin və müştəri yönümlü layihələrin müzakirəsi və həyata keçirilməsidir.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Minimum 3 il iş təcrübəsi (satış və/və ya məhsulların yaradılması sahəsində təcrübə üstünlükdür);
- Kart biznesi, kobrend məhsullar və mil proqramları sahəsində dərin bilik və praktiki təcrübəyə malik olmaq;
- Aviaşirkətlərlə və digər cari/potensial tərəfdaşlarla əməkdaşlıq təcrübəsi və yeni təşəbbüslərin reallaşdırılması bacarığı;
- Portfel analizi və müştəri bazasının böyümə imkanlarının axtarışı üzrə təcrübə;
- Yaxşı səviyyədə MS Excel bilikləri;
- Orta səviyyədə SQL və məlumatların vizuallaşdırılması bacarıqları (üstünlükdür);
- İngilis dili bilikləri (arzuolunandır);
- Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi;
- Kreativ düşüncə və problemlərin həllinə yaradıcı yanaşmaya sahib olan şəxsdir.