Ekvayrinq biznesinə texniki dəstək şöbəsinin aparıcı mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • POS-terminal avadanlıqlarının proqram təminatı ilə təchiz olunması və yenilənməsi;
  • Müştərilərdən daxil olan müraciətlərin araşdırılması, texniki problemlərin operativ həlli və dəstəyin göstərilməsi;
  • POS-terminalların uçotu, qeydiyyatı və sənədləşməsinin aparılması;
  • POS-terminalların kassa aparatları ilə inteqrasiyasının həyata keçirilməsi və texniki dəstəklənməsi;
  • Avadanlıqların test olunması, sazlanması və işə hazır vəziyyətdə təmin edilməsi;
  • Yeni quraşdırmalar və modernizasiya işlərində iştirak
  • Müntəzəm hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;;


Bizim üçün uyğun namizəd:

  • Ali təhsili olan (İT, mühəndislik və ya əlaqəli sahələr üstünlükdür);
  • POS-terminal, kassa və ödəniş sistemləri üzrə ilkin bilikləri olan;
  • Kompüter və şəbəkə avadanlıqları ilə işləmək bacarığı olan;
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili bilikləri üstünlükdür;
  • MS Office proqramları ilə işləmə bacarığı olan;
  • Yüksək komanda ruhu və təşəbbüskarlığı olan;
  • Analitik düşünmə və problemi operativ həll etmək bacarığı olan;
  • Yeni texnologiyalara maraq və öyrənməyə açıq olan şəxslərdir.