Ekvayrinq biznesinə dəstək şöbəsinin mütəxəssisi (Kameral monitorinq üzrə)

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • POS terminalların, ekvayrinq əməliyyatlarının və elektron ticarət sistemlərinin fasiləsiz işləməsinə nəzarət etmək;
  • Məsafədən monitorinq sistemlərini (məsələn, real-time analitik dashboardlar) qurmaq
  • Ekvayrinq layihələri izləmək, resursları təyin edib, tapşırıqları təqib etmək;
  • Biznes proseslərinin avtomatlaşdırılması, rəqəmsal ekosistemlərin yaradılması
  • Şübhəli, uyğunsuz və ya riskli əməliyyatları vaxtında aşkar edib, aidiyyəti şöbəyə məlumat vermək;
  • Monitorinq nəticələrinə əsasən hesabatlar hazırlamaq,vizuallaşdırmaq və nəticələri izah etmək;
  • Monitorinq zamanı müəyyən olunan uyğunsuzluqları aradan qaldırmaq

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması və ya İT sahəsində arzuolunandır);
  • Ekvayrinq üzrə 1-3 il iş təcrübəsi olan;
  • Ödəniş sistemləri, POS terminallar, kart əməliyyatları üzrə biliklərə sahib olan;
  • Ekvayrinq sahəsi üzrə biliklər, PSP-lərdə (ödəmə xidməti provayderləri) iş təcrübəsi olan;
  • SQL, Excel və/və ya BI alətləri (Power BI, Tableau) ilə işləmək bacarığı olan;
  • Analitik düşünmə və problemi həlletmə bacarığı olan;
  • Əməliyyatlarda anormallıqları analiz edə bilmək;
  • Azərbaycan ilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (rus və ya ingilis dili üstünlükdür);
  • POS və ya ödəniş terminalları ilə bağlı texniki biliklər arzuolunandır;