Ekvayrinq biznesinə dəstək şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi (Sənədləşmə üzrə)

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Ekvayrinq xidmətləri üzrə müqavilələrin hazırlanması, yoxlanılması və sənədləşdirilməsi;
  • Müqavilələrin sistemə daxil edilməsi və arxivləşdirilməsinə nəzarət;
  • Müştəri menecerlərinin gündəlik fəaliyyətlərinə sənədləşmə və əməliyyat yönümlü dəstəyin göstərilməsi;
  • Daxili sənəd dövriyyəsinin səmərəli və sistematik şəkildə təşkili;
  • Təminat və tətzizat üzrə sifarişlərin verilməsi;
  • Nasaz terminallarla bağlı cərimə ödənişi məsələlərində partnyorlarla əlaqənin qurulması;
  • Nağdsız dövriyyəsi əlverişsiz olan partnyorlarla əlaqələrin saxlanılması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (maliyyə, idarəetmə, hüquq və ya müvafiq sahələr üzrə);
  • Bank və ya maliyyə sektorunda sənədləşmə və ya əməliyyat sahəsində minimum 1 il iş təcrübəsi;
  • Sənədləşmə, müqavilə idarəçiliyi və daxili proseslər üzrə biliklər;
  • Təşkilatçılıq bacarığı, operativlik və detallara yüksək diqqət;
  • Tabel cədvəlləri və daxili hesabatların hazırlanmasında təcrübə;
  • MS Office proqramlarında, xüsusilə Excel və Word-də sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (Rus və İngilis dili biliyi üstünlükdür);
  • Komandada işləmək və şöbələrarası effektiv kommunikasiya qurmaq bacarığı;
  • Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq və nəticəyönümlü yanaşma.