Vəzifə öhdəlikləri:
- Müxtəlif monitorinq alətlərindən (Zabbix, Dynatrace və s.) əldə olunan performans, resurs istifadəsi və hadisə məlumatlarını toplamaq, təhlil etmək və rəhbərliyə təqdim ediləcək analitik hesabatlar hazırlamaq;
- Performans göstəricilərində (KPI, SLA, responce time, availability və s.) baş verən dəyişiklikləri izləmək və kritik halları vaxtında eskalasiya etmək;
- Power BI və digər vizuallaşdırma alətlərindən istifadə etməklə mövcud hesabatların avtomatlaşdırılmasını təmin etmək;
- İdarəetmə və texniki komandalara aydın vizual dashboardlar təqdim edərək real vaxt monitorinq imkanları yaratmaq;
- Data mənbələrinin inteqrasiyasını təmin etmək və məlumatların düzgünlüyünü yoxlamaq ;
- İcra olunan bütün əməliyyatlarda müəyyən olunmuş daxili siyasətlərə, prosedurlara və informasiya təhlükəsizliyi tələblərinə riayət etmək ;
- Audit və risk idarəetməsi tələblərinə cavab verən hesabatların hazırlanmasında iştirak etmək ;
- Tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək, digər komanda üzvlərinə gündəlik işlərin yerinə yetirilməsində dəstək göstərmək ;
- Müxtəlif funksional komandalarla əməkdaşlıq edərək sistem performansının optimallaşdırılmasına töhfə vermək ;
- Tətbiq performansının monitorinqi üzrə ən yaxşı təcrübələri (best practices) öyrənmək və tətbiq etmək ;
- Yeni texnologiyaları, alətləri və metodologiyaları mənimsəyərək komandanın bilik bazasına töhfə vermək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (İnformasiya texnologiyaları, Kompyuter mühəndisliyi, Kompyuter elmləri üstünlükdür);
- Əlaqəli sahə üzrə bir ilədək iş təcrübəsi olan;
- Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklərə sahib;
- Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə bilikləri olan;
- JIRA, Confluence, MS Visio proqramları üzrə biliklərə sahib;
- Data vizuallaşdırma alətləri ilə iş təcrübəsi olan (Qliksense, Power BI və s.);
- Orta səviyyədə ingilis və rus dili biliklərinə sahib;
- Gərgin şəraitdə işləmək bacarğıan malik olan;
- Analitik düşünmə və təhlil etmə o cümlədən yüksək Kommunikasiya bacarığına sahib şəxsdir.