Öyrənəcəyiniz işlər:
- Spring Boot əsaslı backend funksionallıqların hazırlanması və təkmilləşdirilməsi;
- Verilənlər bazası ilə effektiv işləmənin öyrənilməsi və tətbiqi;
- Liquibase və ya Flyway vasitəsilə verilənlər bazası schema dəyişikliklərinin idarə olunması;
- Mikroservis arxitekturası çərçivəsində işləmək;
- Apache Kafka və ya digər mesajlaşma sistemləri ilə işləmək;
- Unit və integration testlərin yazılması, testlərin saxlanılması və icrası;
- GIT və Branch Strategiyası ilə iş təcrübəsinin əldə edilməsi;
- API performansının izlənməsi;
- Problemlərin aşkarlanması və həlli məqsədilə logların analizi;
- Dizayn nümunələrinin (məsələn, Factory, Strategy) tətbiqinin öyrənilməsi;
- Mövcud bug-ların araşdırılması, səbəblərinin müəyyənləşdirilməsi və düzəldilməsidir.
Təcrübə proqramına kimlər müraciət edə bilər:
- Ali təhsilə;
- Java proqramlaşdırma dili üzrə əsas biliklərə;
- Spring Framework (xüsusilə Spring Boot) ilə məlumatlı olan;
- Sadə alqoritmlər və məlumat strukturları (məsələn, siyahılar, massivlər, xəritələr və s.) haqqında anlayışa;
- Ən çox istifadə olunan dizayn nümunələri (məsələn, Singleton, Factory) ilə tanış olan;
- SQL sorğuları yazmaq və verilənlər bazası ilə işləmək bacarığına;
- Liquibase və ya Flyway kimi alətlərlə tanışlıq və sadə miqrasiya əməliyyatları aparmaq bacarığına;
- REST API-lərin yaradılması və istifadəsi barədə ilkin təcrübəyə;
- GIT versiya nəzarət sistemi ilə işləmə bacarığına (komanda ilə işləməyə uyğun şəkildə);
- Mikroservis anlayışı və əsas prinsiplər haqqında ümumi məlumata;
- Apache Kafka və ya digər mesajlaşma sistemləri ilə tanışlığa;
- Unit testlər yazmaq və testlərdən istifadə etmək bacarığına (JUnit və Mockito ilə işləmə təcrübəsi üstünlükdür);
- Problemləri analiz etmək və sadə həll yolları tapmaq bacarığına;
- Komanda ilə işləmək və fikirləri açıq şəkildə ifadə etmək bacarığına;
- Yeni texnologiyaları öyrənməyə maraq və tez uyğunlaşmaq bacarığına;
- OOP, SOLID prinsiplərindən anlayışa;
- İngilis dili biliklərinə sahib olan şəxsdir.