Görəcəyiniz işlər:
- Biznes problemlərinin həlli üçün sürətli təkmilləşdirmə modelləri ilə işləmək;
- Filiallar üzrə KPI hədəflərinin təyin olunmasını, analitikasını aparmaq, icra vəziyyətini izləmək, KPI metodologiyasının yazılmasında iştirak etmək və yeni imkanlara dair təkliflər vermək;
- Biznes tələblərini reallaşdırmaq və komandalarla müzakirə edərək uyğun həll yollarının analitikasını aparmaq;
- Məlumatların təhlil olunub hazırlanması mərhələlərini idarə etmək;
- Hesabatlıq sistemlərini planlamaq, inteqrasiya etmək, web platformaları layihələndirmək və təqdim etmək;
- Statistik və analitik hesabatları, məlumat modellərini və qrafik visualizasiya panellərini hazırlamaq;
- Təqdim olunan məlumatların keyfiyyətini və dəqiqliyini təmin etmək.
Bizim üçün uyğun namizəd:
- Maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil alan;
- Maliyyə qurumlarında (hesabatlıq yönümlü) ən azı 2-3 il iş təcrübəsi olan;
- Azərbaycan dilini səlis bilən (ingilis dili arzuolunandır);
- Məlumatı vizuallaşdırma bacarıqları (məsələn, reportları təqdim etmək üçün uyğun ünsiyyət və vizual dashboard dizaynı qurmaq bacarığı) olan;
- Hesablama və modelləşdirmə alətlərində (PL/SQL, Python, Excel) işləmək bacarığı olan;
- Statistika və Machine Learning anlayışları olan;
- SQL optimizasiyası və böyük verilənlərlə iş bacarığı olan;
- Analitik təfəkkür və yüksək təhlil etmə bacarığı olan;
- Bank işi, bank məhsulları, vizualizasiya anlayışı, təqdimat hazırlamaq, komandada işləmək, yüksək ünsiyyət, dəqiqlik və detallara fikir vermək bacarıqları olan şəxsdir.