VİP müştərilərlə iş departamentinə müştəri təcrübələri üzrə aparıcı mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

 

  • İmtiyazlı müştərilər üçün məhsulların davamlı optimallaşdırılması və innovativ inkişafın təmin edilməsi;
  • Biznes tələblərinin toplanması, müvafiq hesabatların təhlili, analitik modellərin və yanaşmaların hazırlanması;
  • Analitik nəticələr əsasında biznes yönümlü təkliflərin hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Bazar və rəqiblərin təhlili ilə müştəri təcrübəsi üzrə mövcud vəziyyətin qiymətləndirilməsi, çətinlik nöqtələrinin və inkişaf imkanlarının müəyyən edilməsi;
  • Təhlillərin nəticələrinin cədvəl, diaqram və dashboard formasında sadə və aydın şəkildə təqdim olunması;
  • Kampaniya və satış təşəbbüslərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi;
  • Hazırlanan modellərin performansının izlənməsi və davamlı şəkildə optimallaşdırılması;
  • Biznes proseslərin rəqəmsallaşdırılması və təkmilləşdirilməsi üzrə işlərin həyata keçirilməsi;
  • Strukturlar ilə effektiv kommunikasiya və əməkdaşlığın qurulması.


Bizim üçün uyğun namizəd:

 

  • Ali təhsilə;
  • Minimum bir il iş təcrübəsinə (data və maliyyə üzrə təcrübə üstünlükdür);
  • Bank sahəsi istiqamətlərində biliklərə (məhsullar, müştərilər);
  • Yaxşı səviyyədə MS Excel biliklərinə;
  • Oracle SQL (üstünlükdür) üzrə biliklərə;
  • Vizuallaşdırma bacarıqlarına (üstünlükdür);
  • Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
  • Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına malik olan şəxsdir.