Görəcəyiniz işlər:
- Bankın əməliyyat sahəsi üzrə proseslərin səmərəliyinin artırılması istiqamətində rəhbərlik etmək;
- Bankın əməliyyat istiqamətində strateji hədəflərinə çatması üçün təkliflər vermək və onların icrasında iştirak etmək;
- Filial və digər struktur bölmələrinin əməkdaşlarının əlaqəli ehtiyaclarını öyrənmək, müşahidə etmək, araşdırmaq, təhlil etmək;
- Daxil olan sorğuların sürətli həlli üçün təkmilləşdirmə tədbirlərini hazırlamaq;
- Kredit, depozit, kart, nağdsız köçürmələr, ödənişlər və digər xidmətlər üzrə tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
- Qanunvericilik tələblərindən irəli gələn tapşırıqların qiymətləndirilməsini, həmçinin bankın əməliyyat infrastrukturuna inteqrasiyasını vaxtlı-vaxtında təmin etmək;
- Mövcud və yaradılacaq yeni məhsul, xidmətlər üzrə mərkəzləşdirilmiş dəstək yanaşmalarını inkişaf etdirmək;
- Filiallarda gözləmə və xidmət vaxtının azaldılması və Əməliyyat strukturlarında səmərəliyinin artırılması üçün təyin edilən tapşırıqları idarə etmək və onların icrasını təmin etmək;
- Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək və tələbləri açıq şəkildə komandaya izah etmək;
- Tələblərlə bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
- Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək;
- Tətbiq olunmuş yeniliklərlə bağlı gedişatı izləmək və qiymətləndirməkdir.
|