Reliz üzrə qrup rəhbəri

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Relizlərin idarəolunması prosesinin qurulması;
  • Reliz planının hazırlanması;
  • Reliz prosesinin koordinasiyası və işlərin mövcud prosesə uyğun icrasına nəzarət;
  • Reliz prosesi üzrə müntəzəm hesabatlılığın təmini;
  • Relizi planlaşdırılan tətbiqlərin testləşməsinin izlənilməsi;
  • Relizlər üzrə KPI-ların yaradılması, monitorinqi və inkişaf etdirilməsi;
  • Reliz paketlərinin tərkibi üzrə asılılıqların və təsirlərin müəyyən olunmasına nəzarət;
  • Reliz paketlərinin müxtəlif platformalarda yerləşdirilməsi və istifadəyə açılması;
  • Reliz prosesinin inkişafı üzrə təkmilləşdirmə işlərinin icrası;
  • Dəyişikliklərin idarəolunması prosesinin qurulması;
  • Dəyişikliklərin idarəolunması prosesi üzrə koordinasiyanın təmin edilməsi;
  • Dəyişikliklərin idarəolunması prosesi üzrə müntəzəm hesabatlılığın təmini;
  • Dəyişikliklərin idarəolunması üzrə işlərin mövcud prosesə uyğun icrasına nəzarət;
  • Dəyişikliklərin idarəolunması prosesinin inkişafı üzrə təkmilləşdirmə işlərinin icrası;

 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (texniki sahələr üzrə)
  • SDLC İnformasiya və Yetkinlik Səviyyə Modellərində (SDLC Information and Maturity Level Models) təcrübəyə malik olmaq (CMMi, Prince2, PMI, COBIT, ITIL və sairə);
  • Proses analizi, proqram təminatı inkişafı prosesi, testləşdirmə, planlama, sənədləşmə və hesabatlılıq üzrə təcrübə;
  • Mürəkkəb layihələri planlaşdırmaq, idarə etmək, çoxsaylı komandalar və maraqlı tərəflər arasında koordinasiyanı təmin etmək bacarığı;
  • Plandankənar buraxılış və dəyişiklik ehtiyacları üzrə qərarların qəbul edilməsi;
  • Layihə idarəetmə alətləri (Jira, Confluence, Wrike, ClickUp və sairə) üzrə müvafiq biliklər və təcrübə;
  • Agile çərçivələri (Scrum, Kanban və sairə) haqda müvafiq biliklər və təcrübə;
  • Keyfiyyət təminatı (Quality Assurance) prinsipləri, testləşmə növləri haqda məlumatlılıq;
  • Versiya İdarəetmə Sistemləri üzrə müvafiq biliklər və təcrübə;
  • DevOps mühitində işləmək bacarığı, buraxılış avtomatlaşdırma vasitələri və davamlı inteqrasiya/davamlı yerləşdirmə (CI/CD) alətlərindən istifadə bacarığı;
  • Reliz paketlərinin yerləşdirilməsi üzrə platformalar (Microsoft AppCenter, Google Play Console, Apple App Store Connect və sairə) haqda müvafiq biliklər və təcrübə;
  • Reliz paketlərinin monitorinqi üzrə alətlər (Google Firebase, Instabug, Dynatrace və sairə) haqda müvafiq biliklər və təcrübə;
  • Verilənlər Bazaları üzrə dəyişikliklərin idarəolunması, versiyalaşdırma və miqrasiya alətləri (Liquibase, Flyway və sairə) üzrə müvafiq biliklər;
  • Risklərin idarəolunması (təsir analizləri, asılılıq və təsir lövhələrinin qurulması və sairə) üzrə biliklər və təcrübə;
  • Dəyişiklik və xidmət menecmenti haqqında məlumatlılıq;
  • Azərbaycan və ingilis dillərini bilən;
  • Ünsiyyət və koordinasiya bacarıqları olan;
  • Müvafiq sahədə qanunvericilik üzrə biliklərə sahib.