Görəcəyiniz işlər:
- Windows Server əməliyyat sistemlərinin (2016/2019/2022) quraşdırılması, idarə olunması və optimallaşdırılması;
- Active Directory, DNS, DHCP, GPO və digər Windows servis və rolu ilə işləmək;
- Virtualizasiya mühitlərinin (VMware vSphere / Hyper-V) idarə edilməsi və optimallaşdırılması;
- Sistem resurslarının monitorinqi, performans analizi və problem aradan qaldırılması;
- Təhlükəsizlik siyasətlərinin tətbiqi, yeniləmələrin (patch management) və antivirus sistemlərinin idarə olunması;
- IT infrastrukturunda baş verən hadisələrin sənədləşdirilməsi və texniki hesabatların hazırlanması;
- Yeni sistemlərin implementasiyası və mövcud infrastruktura inteqrasiya işlərində iştirak.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (Əlaqəli sahələr üzrə);
- Windows Server administrasiyası üzrə minimum 3 illik təcrübəsi olan;
- Virtualizasiya sistemləri üzrə bilik və praktiki təcrübəyə sahib;
- Active Directory, DNS, DHCP, Group Policy idarəetməsi üzrə dərin bilikləri olan;
- TCP/IP şəbəkə prinsipləri və əsas troubleshooting bacarıqlarına malik;
- Backup, disaster recovery və data protection prosesləri haqqında biliklərə sahib;
- Powershell skriptləri ilə avtomatlaşdırma bacarığı üstünlükdür;
- Microsoft və ya VMware sertifikatları (MCSA, MCSE, VCP və s.) üstünlük hesab olunur;
- Komanda ilə işləmək bacarığı, məsuliyyətlilik və təşəbbüskarlıq.