Pərakəndə kart biznesi sahəsinin biznes analitika üzrə mütəxəssisi

Müvəqqəti Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Biznes və IT tərəflərindən tələblərin toplanması və yazılı şəkildə sənədləşdirilməsi;
  • Layihənin funksional əhatəsinin və əsas biznes qaydalarının müəyyən edilməsində iştirak;
  • Proses və sistem axınlarının sadə diaqramlar (DFD, Use Case, UML) vasitəsilə təsviri;
  • Məlumat axını və mövcud sistemlərlə inteqrasiya tələblərinin anlaşılması və təsviri;
  • SQL sorğuları vasitəsilə məlumatların çıxarılması və ilkin analiz;
  • Müxtəlif sistemlər arasında məlumat ötürülməsi proseslərinin anlaşılması və sənədləşdirilməsi;
  • Sistem funksiyalarının izahı üçün sadə prototiplərin hazırlanması;
  • İstifadəçi təcrübəsi ilə bağlı müşahidələrin paylaşılması və təkmilləşdirmə təklifləri;
  • Funksional risklərin aşkar edilməsi və rəhbərliyə bildirilməsi;
  • Test senarilərinin hazırlanması və UAT proseslərində iştirak;
  • Sprint planlama, refinement və gündəlik görüşlərdə iştirak;
  • Layihənin analiz, inkişaf, test və buraxılış mərhələlərində iştirak;
  • Kart sistemləri, mobil tətbiqlər və backend sistemləri arasında məlumat axınının təmin olunmasına dəstək.

 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • IT biznes analitik və ya oxşar rolda ilkin–orta səviyyəli təcrübəsi olan;
  • Kart məhsulları, ödəniş sistemləri və ya rəqəmsal bank xidmətləri üzrə baza biliklərə malik;
  • Fərqli komandalarla əməkdaşlıq etməyi bacaran;
  • Analitik düşüncəyə və strukturlaşdırma bacarığına sahib;
  • Öyrənməyə açıq və dəyişikliklərə çevik uyğunlaşan;
  • Yazılı və şifahi kommunikasiya bacarığı olan şəxsdir.