Görəcəyiniz işlər:
- POS terminallarının, ekvayrinq əməliyyatlarının və elektron ticarət sistemlərinin fasiləsiz işləməsinə nəzarət etmək;
- Məsafədən monitorinq sistemlərini (məsələn, real-time analitik dashboardları) qurmaq;
- Ekvayrinq layihələrini izləmək, resursları təyin edib tapşırıqları təqib etmək;
- Biznes proseslərinin avtomatlaşdırılması, rəqəmsal ekosistemlərin yaradılması;
- Şübhəli, uyğunsuz və ya riskli əməliyyatları vaxtında aşkar edib aidiyyəti şöbəyə məlumat vermək;
- Monitorinq nəticələrinə əsasən hesabatlar hazırlamaq, vizuallaşdırmaq və nəticələri izah etmək;
- Monitorinq zamanı müəyyən olunan uyğunsuzluqları aradan qaldırmaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması və ya İT sahəsində arzuolunandır);
- Ekvayrinq üzrə 1–3 il iş təcrübəsi olan;
- Ödəniş sistemləri, POS terminalları, kart əməliyyatları üzrə biliklərə sahib olan;
- Ekvayrinq sahəsi üzrə biliklərə, PSP-lərdə (ödəmə xidməti provayderləri) iş təcrübəsinə sahib olan;
- SQL, Excel və/və ya BI alətləri (Power BI, Tableau) ilə işləmək bacarığına sahib olan;
- Analitik düşünmə və problem həll etmə bacarığına sahib olan;
- Əməliyyatlarda anormallıqları analiz edə bilən;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığına sahib olan (rus və ya ingilis dili üstünlükdür);
- POS və ya ödəniş terminalları ilə bağlı texniki biliklərə sahib olan şəxsdir.