Data sahəsinə data mühəndis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:


•    Data warehouse-ları və data mart-larını dizayn etmək, modelləşdirmək, optimallaşdırmaq və onlara dəstək xidməti vermək;
•    Bankın müxtəlif məlumat bazalarından və sistemlərindən (mənbələrdən) məlumatları toplamaq, çevirmək və hesabatlıq alətlərində istifadə üçün hazır vəziyyətə gətirmək;
•    ETL və digər data mühəndisliyi alətlərini konfiqurasiya etmək və onlara dəstək xidmətləri vermək;
•    Big Data ekosistemində data ilə bağlı mürəkkəb məsələləri analiz və həll etmək (arzu olunan);
•    Virtualization və digər data mühəndisliyi alətlərini konfiqurasiya etmək və onlara dəstək xidmətləri vermək;
•    Bankın müxtəlif məlumat bazalarından məlumatların Big Data mühitinə qarşılıqlı inteqrasiyasını təmin etmək (arzu olunan).


Bizim üçün uyğun namizəd:


•    Ali texniki və ya iqtisadi təhsilə;
•    Müvafiq sahədə minimum 2 il iş təcrübəsinə;
•    Məlumat bazalarının (həm relational, həm də non-relational) yaradılması və modelləşdirilməsi bacarıqlarına;
•    Data analitikası üzrə konseptual biliklərinə;
•    ETL/ELT proseslərinə dair, strukturlaşdırılmış və strukturlaşdırılmamış dataya dair biliklərə;
•    Data science və statistika sahəsində təcrübə və biliyə;
•    Data mühəndisliyi proseslərinin idarə edilməsi (prosesin tətbiqi, monitorinqi, dəstəyi) sahəsində təcrübəyə;
•    Data analitikası sahəsində paylaşdırılmış hesablama sistemləri (distributed computing) üzərində proqram təminatlarının yaradılması təcrübəsinə;
•    Python və ya Scala biliklərinə;
•    Mürəkkəb SQL sorğularının yazılmasında təcrübəyə (Oracle PL/SQL biliklərinə üstünlük verilir);
•    Real-time Streaming texnologiyalarının istifadəsində təcrübəyə (Kafka və ya Spark Streaming) üstünlük verilir;
•    Big Data alətlərinin istifadəsində təcrübəsinə: Hive, Spark, Hadoop, Presto (arzu olunan)
•    Kubernetes, Docker və ya bənzər texnologiyalarından istifadə təcrübəsinə (arzu olunan)
•    CI/CD alətlərindən (GitHub, Jenkins) istifadə təcrübəsinə (arzu olunandır)  sahib olan şəxsdir.