Görəcəyiniz işlər:
- Satınalmalar üçün istifadə olunan sistemlərdən satınalma məlumatlarının toplanması, yoxlanılması və təhlili;
- Həftəlik, aylıq, rüblük və illik əsasda satınalmalar üzrə analitik hesabat və təqdimatların hazırlanması;
- Satınalmalar üzrə KPI hesabatlarının və analitik dashboard-ların hazırlanması və mütəmadi yenilənməsi;
- Hesabatlarda məlumatların dəqiqliyinin, ardıcıllığının və etibarlılığının təmin edilməsi;
- Məlumatların yoxlanılması zamanı kənarlaşmaların və trendlərin təhlili;
- Hesabatların avtomatlaşdırılması və proseslərin təkmilləşdirilməsi üzrə imkanların müəyyən edilməsi;
- Bankdaxili yoxlamalar zamanı satınalma məlumatlarının təqdim edilməsi üzrə dəstəyin göstərilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, təchizat zəncirinin idarə edilməsi, informasiya texnologiyaları və ya oxşar sahələr üzrə təhsil üstünlükdür);
- Azərbaycan dilini səlis bilən (ingilis və rus dilləri üstünlükdür);
- Satınalma və analitika sahəsində minimum 1 il iş təcrübəsinə (müvafiq sertifikatların olması üstünlükdür);
- ERP/satınalma sistemləri (SAP, Microsoft Dynamics 365, Ariba, 1C və s.) üzrə biliklərə;
- Microsoft Excel üzrə yüksək səviyyədə biliklərə (pivot cədvəllər, formulalar, makrolar);
- Microsoft PowerPoint, Prezi vasitəsilə təqdimat hazırlama bacarığına;
- Qlik Sense, Power BI və ya oxşar vizual analitika alətləri ilə bağlı məlumatlılığa;
- Dəqiqlik, diqqətlilik, məsuliyyət və analitik düşünmə qabiliyyətinə;
- Məlumatları sadə və anlaşılan formada təqdim etmək bacarığına sahib olan şəxsdir.