Görəcəyiniz işlər:
• Partnyorlara bankın ekvayrinq məhsulları və xidmətləri barədə ətraflı məlumat vermək;
• E-ticarət üzrə mövcud partnyor bazasını idarə etmək, partnyor sorğularını operativ şəkildə cavablandırmaq;
• Banka perspektivli e-ticarət partnyorlarının cəlb edilməsini və mövcud partnyorlarla əməkdaşlığın genişləndirilməsini təmin etmək;
• E-ticarət üzrə partnyorluq müraciətlərini qəbul etmək və icra prosesinə nəzarət etmək;
• Fintex üzrə biznes tələblərini təhlil etmək və inkişaf istiqamətində təkliflər hazırlamaq;
• Fintex məhsulları üzrə bazar araşdırması aparmaq və bu istiqamətdə yeni məhsulların yaradılması üçün təkliflər hazırlamaq;
• Fintex-lərdən daxil olan sorğuları araşdırmaq, yaranan problemləri müəyyən edərək onların həllini təmin etmək.
Bizim üçün uyğun namizəd:
• Ali təhsilli;
• Ekvayrinq (e-ticarət) sahəsində satış üzrə minimum 1 il iş təcrübəsi;
• Ekvayrinq məhsulları haqqında bilik;
• Yüksək səviyyədə danışıqlar aparma və effektiv kommunikasiya bacarığı;
• Analitik təhlil bacarığı;
• Komandada işləmək bacarığı;
• Səlis Azərbaycan dili biliyi (rus və ingilis dili arzuolunandır);
• Microsoft Office proqramlarında işləmə bacarığı;
• Məsuliyyətlilik və nəticəyönümlülük;
• Operativlik və stress altında işləmə bacarığı olan şəxsdir.
Fintexlərlə iş üzrə mütəxəssis / aparıcı mütəxəssis
Daimi
Tam gün
Müraciət et