Pərakəndə məhsulların satışı üzrə mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • B2C müştərilərlə, həmçinin təşkilatlar və tərəfdaş satış nöqtələrində planlı görüşlərin keçirilməsi və bank məhsullarının təqdimatı;
  • Müştəri ehtiyaclarının təhlili əsasında uyğun kredit və kart məhsullarının təqdim edilməsi və satış prosesinin tamamlanması;
  • Potensial müştərilərlə ilkin əlaqələrin qurulması, görüşlərin təşkili və satışa yönləndirilməsi;
  • Müştəri sorğularına operativ cavab verilməsi, onlayn sənədləşmə prosesinə dəstək göstərilməsi və xidmət səviyyəsinin təmin edilməsi;
  • Satış hədəflərinin yerinə yetirilməsi və fəaliyyət nəticələri üzrə hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (iqtisadi sahə üzrə təhsil üstünlükdür);
  • Azərbaycan dilində səlis danışıq (rus və ingilis dili biliyi üstünlükdür);
  • Satış sahəsində iş təcrübəsi (bank/maliyyə və ya B2C sahə satışında ən azı 1 il təcrübə üstünlükdür);
  • Güclü ünsiyyət və təqdimat bacarığı, müştəri etirazlarını effektiv idarə etmək;
  • Aktiv və sahə görüşlərində iştirak edə bilən;
  • Nəticəyönümlü, planlama və icra intizamına sahib;
  • Komanda şəklində və fərdi şəkildə işləyə bilən şəxsdir.