QA avtomatlaşdırma üzrə funksional sahə rəhbəri

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər :

  • Hesabatlılıq, davamlı öyrənmə və yenilikçilik mədəniyyətinə sahib çoxfunksiyalı QA komandasına rəhbərlik etmək, mentorluq göstərmək və komandanın inkişafını təmin etmək.
  • QA yol xəritəsini müəyyənləşdirmək və həyata keçirmək, xüsusilə SDLC mərhələləri üzrə süni intellekt dəstəyi ilə test və avtomatlaşdırmaya fokuslanmaq.
  • Arxitektorlar, DevOps və SRE komandaları ilə əməkdaşlıq edərək dizayn mərhələsindən istehsal (production) mərhələsinə qədər test oluna bilmə, müşahidə edilə bilmə və etibarlılıq prinsiplərini inteqrasiya etmək.
  • CI/CD pipeline daxilində erkən mərhələdə davamlı test (shift-left Continuous testing) praktikasını təşviq etmək.
  • Süni intellekt əsaslı test avtomatlaşdırma alətlərini (məsələn: model əsaslı test, ağıllı test məlumatlarının yaradılması, avtomatik regresiya testləri, NLP əsaslı test ssenarisi dizaynı) qiymətləndirmək və tətbiq etmək.
  • Qüsurların proqnozlaşdırılması (Defect prediction), qeyri-sabit testlərin aşkar edilməsi ( flaky test detection ) və test prioritetləşdirilməsi üçün machine learning metodlarını tətbiq etmək.
  • Arxitektura və AI üzrə mükəmməllik mərkəzləri (COE-lər) ilə birlikdə QA sahəsində süni intellektin tətbiqini ümumi AI əsaslı SDLC strategiyası ilə uyğunlaşdırmaq.
  • Test ssenarilərinin, skriptlərin və sənədlərin yaradılması, yoxlanılması və saxlanılması üçün GenAI köməkçi alətləri ilə təcrübələr aparmaq.
  • Strategiya, planlaşdırma, icra, avtomatlaşdırma və hesabatlılıq daxil olmaqla End-to-end QA lifecycle-a sahiblik etmək.
  • Microservices, API-lər və mobil tətbiqlər üzrə regresiya və inteqrasiya test proseslərini idarə etmək.
  • Test mühitlərinin sabitliyini təmin etmək üçün xidmətlərin virtuallaşdırılması və mühitlərin idarə edilməsi praktikasını formalaşdırmaq.
  • Performans, xaos və etibarlılıq testləri üzrə SRE komandaları ilə tərəfdaşlıq etmək.
  • QA praktikasını müəssisə arxitekturası prinsipləri, uyğunluq (compliance) və tənzimləyici tələblərlə uyğunlaşdırmaq.
  • Arxitektura Kommisiyasında-da QA-nı təmsil etmək və keyfiyyətin əsas qərar meyarlarından biri kimi nəzərə alınmasını təmin etmək.
  • Maraqlı tərəflər üçün metriklər, panel göstəriciləri və davamlı keyfiyyət hesabatlılığı vasitəsilə şəffaflığı təmin etmək.

 

Bizim üçün uyğun namizəd :

  • Ali təhsilli;
  • QA/testing sahəsində 7+ il təcrübə, ən azı 2 il rəhbər rolunda təcrübəyə sahib;
  • Avtomatlaşdırma (məsələn: RestAssured, Testcontainers, WireMock, Selenium, Appium) üzrə təcrübəyə sahib;
  • Testlərin konteynerləşdirilmiş mühitlərdə (Docker, Kubernetes) inteqrasiyası üzrə təcrübəsi olan;
  • AI/ML tools və ya layihələri üzrə təcrübə (ideal olaraq QA və ya SDLC kontekstində tətbiq olunmuş);
  • Müşahidə platformaları (Dynatrace, OpenTelemetry, Prometheus, Grafana) və onların test prosesində rolu barədə anlayışı olan;
  • Fintech və ya bankçılıq sahəsində təcrübə üstünlükdür;
  • Java/Kotlin, Python və ya oxşar proqramlaşdırma dillərində güclü kodlaşdırma bacarığına sahib;
  • Süni intellekt dəstəkli QA alətləri barədə bilikləri olan;
  • Kouçinq, münaqişələrin həlli və maraqlı tərəflərin idarə edilməsi bacarıqlarına malik;
  • CI/CD və “kod əsaslı idarəetmə” (məsələn: konfiqurasiyanın kod vasitəsilə idarə edilməsi; infrastrukturun kod vasitəsilə qurulması) praktikasına yaxşı anlayışı olan;
  • Həm texniki, həm də qeyri-texniki auditoriya üçün güclü kommunikasiya və hesabatlıq bacarıqları olan şəxsdir.