İnsan resurslarının analitikası şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bank üzrə insan resurslarına dair analitik layihələrin planlaşdırılması və icrasında iştirak etmək;
  • İR məlumatlarının toplanması, təhlili və interpretasiyası üzrə analitik prosesləri idarə etmək;
  • İşçi dövriyyəsi, işə qəbul effektivliyi, performans göstəriciləri, əməkdaş məmnuniyyəti, işçi dəyər təklifi (EVP), kritik talantlar və digər HR metrikləri üzrə geniş analitik hesabatlar hazırlamaq və təqdim etmək;
  • İstedadların idarə edilməsi fəaliyyətindən irəli gələn müxtəlif informativ “dashboard” və analizlər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • İR analitikasına dair qlobal və yerli trendlər üzrə ən yaxşı təcrübələri araşdırmaq və tətbiq edilməsində iştirak etmək;
  • Digər struktur bölmələrlə birlikdə analitik və texnoloji layihələr üzərində çalışmaq, müvafiq layihələr üzrə məhsul sahibi (product owner) kimi çıxış etmək;
  • HR transformation layihələrində iştirak etmək, performans idarəetmə sistemi və digər əsas HR proseslərinin təkmilləşdirilməsi və transformasiyasına analitik dəstək göstərmək;

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • HR analitikası və ya analitik sahədə 1-3 illik iş təcrübəsi;
  • Analitik alətlərdən yüksək istifadə bacarığı (Excel, Power BI);
  • İnsan Resursları sahəsi ilə bağlı biliklər və İR məlumat sistemləri (HRIS) ilə işləmə təcrübəsi üstünlük hesab edilir;
  • İngilis dili bilikləri (yaxşı səviyyədə);
  • Güclü analitik düşüncə və problemləri həll etmək bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları;
  • Yeniliklərə açıq və inkişaf yönümlü;
  • Təşkilati bacarıqlar və vaxtın düzgün idarə edilməsi;
  • Komandada əməkdaşlıq və uyğunlaşma bacarığı olan şəxsdir