Korporativ və KOS məhsullar sahəsinin front-end üzrə baş proqramçısı

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

- Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;

- Back-end proqramçıları ilə sıx əməkdaşlıq edərək funksional, effektiv və tam tələblərə cavab verən interfeyslerin hazırlanması;

- Unit və inteqrasiya testlərinin yazılması;

- Keyfiyyətli, effekti kodların yazılması və sənədləşdirilməsi;

- Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;

- Yeni texnologiyaların araşdırılması və tətbiq olunması.

- GitHub Copilot, ChatGPT, Claude, Cursor və oxşar AI alətləri ilə işləmə təcrübəsi — proqram təminatının hazırlanma prosesini sürətləndirmək üçün istifadə

- AI-dən kod generasiyası, refaktorinq, debug, testlərin yaradılması və texniki sənədləşmə üçün effektiv istifadə bacarığı

- Yeni texnologiyaların araşdırılması və tətbiq olunmasıdır.

 

Bizim üçün uyğun namizəd:

- Front-end proqramlaşdırma sahəsində minimum 3+ illik iş təcrübəsinə;

- HTML, CSS və JS (ES6+ daxil olmaqla) üzrə dərin biliklərə;

- Unit və inteqrasiya testlərinin effektiv yazılması üçün framework biliklərinə (məs., Jest);

- Versiya kontrol sistemləri (Git) və task management alətləri (məs., Jira) üzrə biliklərə;

- React üzrə dərin biliklərə;

- RESTful API servislərindən istifadə üzrə təcrübəyə;

- Next.js, TypeScript, Webpack, Chakra UI, Node.js/Express.js üzrə biliklərə;

- Mikrofrontend arxitekturası, Docker, Nginx və Agile/Scrum metodologiyası üzrə biliklərə;

- Güclü problem həll etmə bacarığına və mürəkkəb məlumatları emal edərək onları aydın və sadə şəkildə təqdim etmə qabiliyyətinə malik olan şəxsdir.