Monitorinq və nəzarətin təşkili şöbəsinin kiçik mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə aid monitorinqin aparılması.
  • Şübhəli əməliyyatların (indikatorlara uyğun) aşkar edilməsi və araşdırılması;
  • Sanksiya tətbiq edilən şəxslərin siyahısına aid müştəri bazasında uyğungəlmənin araşdırılması;
  • Yeni indikatorların testləşdirilməsi prosesində iştirak etməsi;
  • Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə əlaqədar proseslərin avtomatlaşdırılması üçün təkliflərin verilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsili olan;
  • İnduktiv və analitik təhlil bacarığına;
  • Bank sahəsində 1-3 ilə qədər iş təcrübəsi olan (üstünlükdür);
  • Beynəlxalq sertifikatlar (CAMS) üstünlükdür;
  • Rus və İngilis dilləri biliyinə;
  • MS Ofis proqramlarında orta səviyyədə işləmə bacarığı olan;
  • Departamentin fəaliyyət sahəsinin tənzimləyən qanunvericilik bazası ilə tanışlığı olan şəxsdir.