Görəcəyiniz işlər:
- İmtiyazlı müştərilər üçün tədbir konseptlərinin hazırlanması və həyata keçirilməsi;
- Tədbirlərin planlanması, təşkili, koordinasiyası və icrasının təmin edilməsi;
- Tədbir üzrə biznes tələblərinin toplanması, konsept, büdcə və fəaliyyət planlarının hazırlanması;
- Tədbirlərin effektivliyinin qiymətləndirilməsi, nəticələrin təhlili və rəhbərliyə təqdim edilməsi;
- Təcrübələrin araşdırılması, yeni trendlərin və inkişaf imkanlarının müəyyən edilməsi;
- Kampaniya, satış və brend təşəbbüsləri ilə inteqrasiya olunmuş layihələrin hazırlanması;
- Tədbir proseslərinin optimallaşdırılması və rəqəmsal həllərin tətbiqi üzrə təşəbbüslərin irəli sürülməsi;
- Daxili strukturlar, partnyorlar və vendorlarla effektiv kommunikasiya və əməkdaşlığın qurulması;
- Vizuallar, dəvətnamələr, promo materiallar və kommunikasiya məzmunları üzrə təkliflərin hazırlanması;
- Məkan, xidmət təminatçılarının və tərəfdaşların seçilməsi və koordinasiyası;
- Müştəri məmnuniyyətini və loyallığını artırmağa yönəlik fərdiləşdirilmiş təcrübələrin yaradılması;
- Özəl müştərilər üçün eksklüziv tədbir formatlarının hazırlanması və idarə olunması;
- Tədbir iştirakçılarının təcrübəsinin xəritələndirilməsi və təkmilləşdirilməsi;
- Tədbir proseslərində yaranan çətinlik nöqtələrinin müəyyən olunması və operativ həll edilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə malik;
- Minimum 3 il tədbir idarəçiliyi, marketinq, PR və ya əlaqəli sahələrdə iş təcrübəsinə malik;
- Tədbir planlama, təşkilatçılıq və koordinasiya üzrə praktiki biliklərə sahib;
- Vendor, partnyor və agentliklərlə işləmək bacarığına malik;
- Yaxşı səviyyədə PowerPoint və təqdimat hazırlama bacarıqlarına malik;
- Büdcə planlaması və xərclərin idarə olunması sahəsində biliklərə sahib (üstünlükdür);
- Vizual düşüncə, tədbir konsepti hazırlama və kreativ yanaşma bacarığına malik;
- Komandada (Scrum/Agile mühitində üstünlükdür) işləmək və paralel layihələri idarə etmək bacarığına sahib;
- Güclü kommunikasiya, təşkilatçılıq və vaxtın effektiv idarə olunması bacarıqlarına malik;
- Özəl müştəri seqmenti ilə işləmə təcrübəsi üstünlükdür;
- Problem həll etmə, operativ qərarvermə və yüksək məsuliyyətlilik xüsusiyyətlərinə sahib şəxsdir.