Görəcəyiniz işlər:
- Bank ilə podratçılar arasında imzalanması nəzərdə tutulan satınalma müqavilələri (əlavələr və razılaşmalar) üzrə proseslərin idarə edilməsi;
- Müqavilələrdən irəli gələn xərclərin bankın xərc siyasətinə uyğun olmasına nəzarətin həyata keçirilməsi;
- Mövcud müqavilələrdə əlavə və dəyişikliklərə ehtiyacı müəyyən etmək və təkliflər vermək üçün podratçının (malgöndərən) fəaliyyətini qiymətləndirmə nəticələrindən istifadə olunması;
- Müqavilələrdə müəyyən olunmuş öhdəliklərin icrasına nəzarətin təşkil edilməsi və müqavilələrdən irəli gələn digər zəruri tədbirlərin aidiyyəti strukturlarla razılaşdırmaqla həyata keçirilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Səlis Azərbaycan və İngilis dili biliyinə (Rus dili arzuolunandır) ;
- Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığına;
- Sahə üzrə minimum 1 il iş təcrübəsinə;
- İnduktiv və analitik təhlil bacarığına;
- Komandada işləmək bacarığına;
- Təqdimat və ünsiyyət bacarığına sahib olan şəxsdir.