Təhlükəsizliyə nəzarət mərkəzinin rəhbəri

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • İnformasiya təhlükəsizliyi səviyyəsinin məqbul səviyyədə olmasına nəzarətin təşkil olunması;
  • İnformasiya təhlükəsizliyi üzrə risklər və insidentlər barədə rəhbərliyə hesabatların verilməsi;
  • İnformasiya təhlükəsizliyi səviyyəsinin ölçülməsi üçün tədbirlərin görülməsi;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin monitorinqini qurmaq və idarə etmək;
  • İnformasiya təhlükəsizliyi səviyyəsinin ölçülməsi üçün tədbirləri icra etmək;
  • Təhlükəsizliyə nəzarət mərkəzinin komandasının kibertəhlükələrə qarşı hazırlığını təmin etmək;
  • Təhlükəsizliyə nəzarət mərkəzinin komandasının beynəlxalq standartlara uyğun olmasını təmin etmək;
  • Bankın bütün sistemlərinin monitorinqə qoşulmasını təmin etmək;
  • İnsidentlərin araşdırılmasını qurmaq və idarə etmək;
  • İnformasiya təhlükəsizliyi sahəsində baş verən yenilikləri izləmək və bank mühiti üçün riskləri qiymətləndirmək;
  • İnsidentlərin düzgün qeydiyyatını həyata keçirməsini qurmaq və idarə etmək;
  • Şöbə üzrə inzibati məsəlləri idarə etmək;
  • Bankın digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək;

 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (Kompüter elmləri, İnformasiya sistemləri ixtisaslı namizədlərə üstünlük veriləcək);
  • İnduktiv və analitik təhlil, təqdimat, vaxtın idarə olunması, komanda işi və problemləri həll etmə bacarıqlarına sahib olan;
  • Müvafiq sahədə iş təcrübəsinə sahib olan;(minimum 5 il)
  • Məlumatların qorunması üsulları və vasitələri ilə bağlı biliklərə sahib olan (şəbəkələrarası ekranlar, müdaxilələrin aşkarlanması sistemləri, mühafizə səviyyəsinin təhlili vasitələri və s.);
  • Beynəlxalq standartları, analitik hesabatları və s. başa düşəcək səviyyədə ingilis dili biliklərinə sahib olan;
  • Məxfilik, diqqətli yanaşma, təhlil etmə qabiliyyətinə sahib olan;
  • CİSA, CİSM, CİSSP və İnformasiya təhlükəsizliyi sahəsində digər sertifikatlara sahib olan (üstünlükdür);
  • WAF sistemlərinin işləmə prinsipləri haqqında məlumatlı olan;
  • SIEM sistemlərinin işləmə prinsipləri haqqında məlumatlı olan;
  • İncident management sistemlərinin işləmə prinsipləri haqqında məlumatlı olan;
  • NGFW sistemlərinin işləmə prinsipləri haqqında məlumatlı olan;
  • Windows və Linux sistemlərinin işləmə prinsipləri haqqında məlumatlı olan;
  • EDR sistemlərinin işləmə prinsipləri haqqında məlumatlı olan;
  • SOAR sistemlərinin işləmə prinsipləri haqqında məlumatlı olan;
  • TI sistemlərinin işləmə prinsipləri haqqında məlumatlı olan şəxsdir.