Data sahəsinin data arxitektoru (Data Modelling)

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

• Analitik platformalar (DWH, Lakehouse, Data Mart) üçün konseptual, məntiqi və fiziki data modellərinin hazırlanması;
• Müxtəlif bank sistemlərindən məlumatların vahid mövzu sahələri üzrə birləşdirilməsi;
• Biznes tələblərinin, hesabatların, dashboardların və analitik use-case-lərin optimallaşdırılmış data modellərinə çevrilməsi;
• Bank sahəsi üzrə biliklərdən istifadə edərək data strukturlarını maliyyə məhsulları, risk, komplayns və əməliyyat prosesləri ilə uyğunlaşdırılması;
• Etibarlı və əvvəlcədən hazırlanmış məlumat layer-lərini formalaşdırmaqla self-service analitikasını və AI/ML təşəbbüslərinin dəstəklənməsi;
• SDLC proseslərində iştirak edərək cədvəllərin, view-ların və digər data obyektlərinin düzgün modelləşdirilməsinin təmin edilməsi;
• Həm insan, həm də AI/ML istifadəsi üçün məlumat modellərinin dizayn edilməsi və onların analitik və AI əsaslı tətbiqlərlə uyğunluğunun təmin olunması;
• Data modelləşdirmə standartlarının, adlandırma qaydalarının və best practice-lərin müəyyən edilməsi və tətbiqi;
• Metadata, data lineage və data keyfiyyəti daxil olmaqla Data Governance təşəbbüslərini dəstəkləməkdir.

Bizim üçün uyğun namizəd:

• Data Warehousing, Data Architecture və ya Data Modelling sahəsində minimum 6 il təcrübəyə;
• DWH, Lakehouse və dimensional data mart dizaynında güclü təcrübəyə;
• Bank və maliyyə xidmətləri sahəsində dərin biliyə;

• Verilənlər bazası texnologiyaları üzrə biliklər: RDBMS (Oracle, PostgreSQL), NoSQL (MongoDB) və Big Data ekosistemləri ilə tanışlığa;
• Dimensional, relational, Data Vault və domain-driven data modelling metodologiyaları üzrə biliyə (arzuolunandır);
• Korporativ data modelləşdirmə alətləri ilə təcrübəyə (məsələn, ERwin, PowerDesigner, ER/Studio) (üstünlükdür);
• AI/ML üçün data istifadəsi tələbləri və həm insan, həm də AI/ML üçün uyğun data modellərinin dizaynı ilə tanışlığa (üstünlükdür) sahib olan şəxsdir.