Pərakəndə kart biznesi sahəsinin Məhsul sahibi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Kart proseslərinin, satış kanallarının optimallaşdırılması üzrə rəqəmsal yanaşmaların araşdırlması və tətbiqi üçün müvafiq prosesləri idarə etmək;
  • Ödəniş sistemləri, Prosesinq Mərkəzi ilə rəqəmsal həllərin tətbiqi və idarəedilməsinə liderlik etmək;
  • İstifadəçilərin tələblərini və təcrübələrini təhlil etmək;
  • Məhsul ilə bağlı tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
  • Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək və tələbləri açıq şəkildə komandaya izah etmək;
  • Məhsullarla bağlı görüləcək  işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
  • Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək;
  • Mütəmadi olaraq məhsulların gəlirliyini təhlil etmək,  göstəricilərini izləmək və qiymətləndirmək;
  • Məhsulun yaradılması, mövcud məhsulların təhlili və inkişafı prosesində hərtərəfli şəkildə komandaya istiqamət vermək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Bank işi və ya digər müvafiq layihə işi üzrə minimum 3 il təcrübəyə və biliyə;
  • Kart məhsul və xidmətləri sahəsində təcrübəyə;
  • VISA, Mastercard ödəniş sistemləri ilə iş üzrə baza biliklərinə;
  • “Agile” mühitində iş  təcrübəsinə (arzuolunandır);
  • Məhsul yaradılması və inkişafı üzrə biznes modellərinin tətbiqi üzrə biliklərə;
  • Məhsullar üzrə yol xəritəsinin yaradılması üzrə təcrübəyə;
  • Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlara;
  • Komandada və fərdi şəkildə işləmək bacarığına;
  • Strateji və taktiki düşüncə qabiliyyətinə;
  • İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
  • Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə sahib olan şəxsdir.