Strategiya ekspert mərkəzinin aparıcı/baş mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bankın inkişafı strategiyası çərçivəsində mövcüd təşəbbüslərin həyata keçirilməsini təmin etmək.
  • Təşəbbüslərin həyata keçirilməsi zaman üzrə çıxan maneələri müəyyən etmək və onların aradan qaldırılması istiqamətində işlərin görülməsi ilə bağlı məsələləri eskalasiya etmək;
  • Bankın inkişafı strategiyası çərçivəsində rüblük biznes görüşün məzmunun idarəedilməsində dəstək olmaq;
  • Bankın inkişafı strategiyası çərçivəsində layihələrin aiddiyatı sponsorlarla müzakirə edilməsində dəstək olmaq;
  • Bankın strateji təşəbbüslərinin icrasını həyata keçirilməsi məqsədilə koordinasiya, təcrübə, ideya və məzmun dəstəyi vermək;
  • Strateji planın icrası üçün aidiyyəti strukturlara sorğular göndərmək, onlarla birgə əsas fəaliyyət istiqamətlərini və metrikləri müəyyən edilməsi üçün müvafiq məlumatların toplanmasını təmin etmək;
  • Bankın daxili və xarici mühiti ilə bağlı məlumatların hazırlanmasında iştirak etmək;
  • Strateji statuslu layihələr üzrə taktiki tapşırıqların aidiyyəti struktur bölmələrlə birgə müəyyən edilməsini təmin etmək;
  • Strateji layihələr üzrə araşdırmalarda məlumatlar toplamaq;
  • Bankın inkişaf strategiyasından çıxan layihələrin idarə olunmasını həyata keçirilməsini təşkil etmək, layihələrin sifariş tələblərinə və icra vaxtlarına uyğun icrasını təmin etmək.
  • Strateji təşəbbüslərdən çıxan işlərin icrasında dəstək olmaq;
  • Xarici konsultant, requlyator və ABB törəmə müəssisələrinin layihələrin icrasında dəstək olmaq.


Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsil (xarici təhsil və ya beynəlxalq sertifikatlar üstünlükdür)
  • MS Office proqramlarında (xüsusilə Excel, PowerPoint) yaxşı səviyyədə bilik
  • Xarici dil biliyi: İngilis dili mütləqdir, rus dili arzuolunandır
  • Yüksək kommunikasiya, vaxtın idarə edilməsi və komandada işləmə bacarığına sahib olan şəxsdir.