Fiziki kanallar və əməliyyatlar sahəsinə QA üzrə mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

•    Web və backend sistemlər üzrə manual testlərin planlaşdırılması və icrası;
•    Test ssenarilərinin avtomatlaşdırılması, icrası və nəticələrinin təhlili;
•    Test planları, ssenarilər və test hesabatlarının hazırlanması;
•    Defektlərin qeydiyyatı, izlənməsi və həlli üzrə koordinasiya (defect life cycle);
•    Test proseslərinin planlaşdırılması və səmərəliliyinin artırılması;
•    Logların analizi və texniki nasazlıqların araşdırılması;
•    QA proseslərinin və istifadə olunan alətlərin təkmilləşdirilməsində iştirak.

 

Bizim üçün uyğun namizəd:

•    Ali təhsilə;
•    QA sahəsində minimum 1 il iş təcrübəsinə;
•    Manual testlərin icrası və test ssenarilərinin hazırlanması üzrə praktiki təcrübəyə;
•    Java proqramlaşdırma dili üzrə biliklərə;
•    Oracle, PostgreSQL verilənlər bazaları ilə işləmə bacarığına;
•    Postman və SOAP UI kimi API test alətləri üzrə praktiki biliklərə;
•    Test planlarının hazırlanması, sənədləşmə və keyfiyyət hesabatlarının tərtibi təcrübəsinə;
•    Xarici dil biliklərinə (İngilis dili – B2 səviyyəsində; Rus dili – arzuolunandır);
•    Bank sektoru və biznes prosesləri üzrə anlayışına (üstünlükdür);
•    BPM və IBUS sistemləri haqqında biliklərə (üstünlükdür);
•    Yüksək ünsiyyət, analiz və əməkdaşlıq bacarığına sahib olan şəxsdir.