Korporativ kommunikasiya şöbəsinə mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Azərbaycan dilində hazırlanmış mətnlərin rus və ingilis dillərinə tərcüməsi və redaktəsi;
  • Bankın təşkil etdiyi və iştirak etdiyi tədbirlərdə təşkilati dəstəyin göstərilməsi;
  • Daxil olan rəsmi məktub və sorğuların operativ şəkildə cavablandırılması və yazışmaların aparılması;
  • Beynəlxalq mükafatlar və reytinqlərlə bağlı araşdırmaların aparılması;
  • Mükafat proqramları üzrə müraciətlərin hazırlanması, beynəlxalq təşkilatlarla yazışmaların aparılması və prosesin sonadək izlənməsi;
  • Korporativ kommunikasiya ilə bağlı digər gündəlik işlərdə iştirak.

 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilindən rus və ingilis dillərinə sərbəst yazılı tərcümə və redaktə bacarığı;
  • Rəsmi yazışma və işgüzar kommunikasiya bacarıqları;
  • Tədbirlərin təşkili prosesinə dəstək vermək bacarığı;
  • Araşdırma aparmaq və məlumatları strukturlaşdırmaq bacarığı;
  • Detallara diqqət və məsuliyyətlilik;
  • Aktiv və dinamik iş mühitində işləmək bacarığı olan şəxsdir.