Görəcəyiniz işlər:
• POS-terminal avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və proqram təminatının yüklənməsi və yenilənməsi;
• POS terminallar üzrə host (prosessinq sistemi) ilə əlaqənin qurulması və test əməliyyatlarının icrası;
• Müştərilərdən daxil olan texniki müraciətlərin operativ araşdırılması, nasazlıqların yerində və ya uzaqdan həlli;
• POS terminallarda yaranan kommunikasiya problemlərinin (GPRS, Ethernet, Wi-Fi) aşkarlanması və aradan qaldırılması;
• POS-terminalların uçotu, inventarizasiyası, qeydiyyatı və müvafiq sistemlərdə (TMS və ya daxili platformalar) idarə olunması;
• POS terminalların kassa aparatları və digər inteqrasiya həlləri ilə qoşulmasının təmin edilməsi;
• Kart ödənişləri üzrə əməliyyat axınının (authorization, clearing, settlement) test edilməsi və monitorinqi;
• Yeni terminalların pilot testlərdə yoxlanılması, sertifikasiya və qəbul proseslərində iştirak;
• Terminal parametrlərinin sazlanmasında iştirak;
• Nasaz avadanlıqların texniki baxışı, dəyişdirilməsi və vendorlarla koordinasiya;
• Müntəzəm texniki hesabatların hazırlanması və görülmüş işlər üzrə sənədləşmələrin hazırlanması.
Bizim üçün uyğun namizəd:
• Ali təhsil (İT, kompüter mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
• POS terminallar, ödəniş sistemləri və ekvayrinq prosesləri üzrə baza bilikləri;
• Şəbəkə bilikləri (TCP/IP, APN, VPN, router/switch əsasları) üzrə bacarıq;
• Linux/Android əsaslı POS cihazları ilə işləmə təcrübəsi üstünlükdür;
• Prosessinq sistemləri və kart ödəniş standartları (EMV, Contactless, NFC) barədə anlayış;
• Texniki sənədlərlə işləmə və log analiz etmə bacarığı;
• MS Office (xüsusilə Excel) ilə işləmə bacarığı;
• Azərbaycan və rus dilində sərbəst, ingilis dili texniki səviyyədə arzuolunandır;
• Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarığı;
• Komandada işləmək və müştəriyönümlü yanaşma;
• Sahə işlərinə hazır olmaq (ezamiyyət və obyekt ziyarətləri daxil olmaqla);
• Yeni texnologiyaları tez mənimsəmək və özünü inkişaf etdirmək istəyi olan şəxsdir.