Pərakəndə seqment sahəsinə müştəri təcrübələri üzrə aparıcı mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:
• Komandanın fəaliyyət istiqaməti üzrə məhsulun optimallaşdırılması, innovativləşdirilməsi istiqamətində davamlı işin aparılması;
• Məhsulun performansını və kampaniyaların effektivliyini izləmək üçün hesabatların hazırlanması;
• Məhsul üzrə tətbiq olunan yeni təşəbbüslərin və ya dəyişikliklərin müştərilərə təsirinin ölçülməsi;
• Biznes tapşırığa əsasən məlumatların təhlili, uyğun model və yanaşmaların tətbiq olunması;
• Müştəri seqmentlərinin/alt-seqmentlərinin müvafiq məhsul (lar) üzrə səyahətinin (journey) araşdırılması və təkliflərin hazırlanması;
• Tətbiq olunmuş model və yanaşmaların izlənməsi və optimallaşdırılması.


Bizim üçün uyğun namizəd:
• Ali təhsilə;
• Minimum bir il iş təcrübəsinə;
• İngilis dili biliklərinə (orta səviyyədə);
• Müştəri analitikası, satış, və/və ya məhsulların yaradılması üzrə iş təcrübəsinə (üstünlükdür);
• Yaxşı səviyyədə MS Excel, SQL biliklərinə;
• Yaxşı səviyyədə məlumatların vizuallaşdırılması üzrə biliklərə;
• Orta səviyyədə Python üzrə biliklərə (üstünlükdür);
• Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
• Analitik düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.