Görəcəyiniz işlər:
- SWIFT, Objective-C, Cacoa dil/texnologiyaları istifadə etməklə, iOS platformasında mobil tətbiqlərin tərtibatını həyata keçirmək;
- Tətbiqlərin keyfiyyətini, etibarlılığını təmin etmək, tətbiqin monitorinqini həyata keçirmək texniki problemləri həll etmək;
- Multifunksional komanda daxilində, davamlı olaraq tətbiqə yeni funksionallıqlar üzərində işləmək.
- Potensial problemləri müəyyənləşdirmək və həll etmək;
- Digər proqramçıların kodlarına (Code Review)rəy vermək, onlara mentorluq etmək və inkşafına dəstək olmaq;
- CI/CD pipeline anlayışını mənimsəmək və onu inkişaf etdirmək;
- Fastlane və Xcode Cloud alətlərini tətbiq etmək;
- Modul arxitekturasını tətbiq etmək və yenilərini əlavə etmək;
- Clean Architecture prinsiplərinə uyğun kod yazmaq;
- Swift Package Manager (SPM) yaratmaq və idarə etməkdir.
Bizim üçün uyğun namizəd
- Ali təhsilə (İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Tətbiqi riyaziyyat və kibernetika sahələri üzrə olması arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 2-4 il iş təcrübəsinə;
- Swift və Objective-C-də dərin bilik və təcrübəyə;
- Apple dizayn prinsipləri və interfeys təlimatlarına (HIG) dair təcrübəyə;
- MVVM, MVVM+C, VIPER, Clean Swift dizayn prinsipləri üzrə biliyə;
- Core Data, Core Text, GCD ilə bilik və təcrübəyə;
- Mobil tətbiqlərin testi və təhlükəsizliyi prinsipləri ilə iş təcrübəsinə;
- Kod ilə UI yığma bacarığına (SnapKit, NSLayoutConstraint);
- REST API-larla işləmə bacarığına;
- Texniki ingilis dili biliklərinə;
- Lokal saxlama texnologiyaları ilə işləmə bacarığına;
- Git və GitFlow workflow biliyinə;
- App Store yerləşdirmə prosesi haqqında anlayışa;
- Debugging və performans optimallaşdırması bacarıqlarına;
- Firebase və analitika alətləri ilə işləmə bacarığına (üstünlükdür);
- Unit testing və UI testing biliyinə (üstünlükdür) sahib olan şəxsdir.