Ekvayrinq layihələrinin idarə edilməsi üzrə baş mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər
• Ekvayrinq bazarı, rəqib məhsullar və yeni payment texnologiyaları üzrə bazar araşdırmalarının aparılması, yeni məhsul və xidmətlərlə bağlı təkliflərin hazırlanması;
• POS, E-commerce, QR və digər ödəniş həlləri üzrə yeni ekvayrinq məhsullarının hazırlanması və inkişaf etdirilməsi;
• Ekvayrinq məhsulları üzrə biznes və texniki tələblərin hazırlanması, texniki tapşırıqların yazılması və aidiyyəti komandalarla koordinasiya olunması;
• Ekvayrinq layihələrinin end-to-end idarə olunması, UAT və Go-Live proseslərinin koordinasiyası;
• Potensial merchantlər, sektorlar və biznes seqmentləri üzrə təhlillərin aparılması və inkişaf imkanlarının müəyyən edilməsi;
• Məhsul performansı, transaction həcmləri, gəlirlilik və istifadəçi davranışları üzrə analitik hesabatların hazırlanması;
• Mövcud məhsul və xidmətlərin optimallaşdırılması, yeni kampaniya və funksionallıqların tətbiqi üzrə təşəbbüslərin icrası;
• Prosessinq sistemləri, vendorlar və daxili komandalar ilə inteqrasiya və test proseslərinin koordinasiya olunması;
• Departamentin digər struktur bölmələri tərəfindən təqdim olunan layihə və təşəbbüslərə dəstəyin göstərilməsi;
• Rəhbərlik üçün müvafiq təqdimatların, hesabatların və analitik materialların hazırlanması.

Bizim üçün uyğun namizəd
• Ali texniki, iqtisadi və ya biznes yönümlü təhsilə malik;
• Ekvayrinq, payment və ya fintech sahəsində minimum 3 il iş təcrübəsinə malik;
• POS, E-commerce ekvayrinq məhsulları üzrə praktik biliklərə sahib;
• Visa və Mastercard ödəniş sistemləri üzrə ümumi biliklərə malik;
• Ekvayrinq layihələrinin idarə olunması və texniki koordinasiya sahəsində təcrübəli;
• Analitik düşünmə, problem həll etmə və data əsaslı qərarvermə bacarığı yüksək;
• Təhlil, təqdimat və biznes əsaslandırma bacarıqlarına malik;
• Excel və PowerPoint proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
• SQL və digər analitik alətlər üzrə biliklərə sahib olması üstünlükdür;
• Rus və ingilis dillərində işgüzar kommunikasiya və texniki sənədlərlə işləmə bacarığına malik;
• Komanda ilə işləmək, vendor və merchantlərlə effektiv kommunikasiya qurmaq bacarığına sahib olan şəxsdir.