Korporativ və KOS məhsullar sahəsinə biznes analitika üzrə aparıcı mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

•    Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
•    Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;
•    Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
•    Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
•    Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
•    Biznes prosesin proqramlaşdırma (Flex, BPM, Rəhbərlik) komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
•    İT departamenti, sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi.

 

Bizim üçün uyğun namizəd:
•    Ali təhsilə;
•    Sahə üzrə minimum 2 il təcrübəyə;
•    Bank məhsulları haqqında biliklərə;
•    Bank modulları (Flexcube arzuolunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsinə;
•    Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına;
•    Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliyə;
•    Xarici dil biliklərinə (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində);
•    Web servis üzrə biliklərə sahib: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa malik;
•    Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olan şəxsdir.