Görəcəyiniz işlər:
- Müştəri seqmentləri və alt-seqmentləri üzrə məhsul səyahətlərinin (customer journey) təhlili və inkişaf imkanlarının müəyyənləşdirilməsi;
- Müxtəlif müştəri qrupları üzrə maliyyə davranışlarının araşdırılması və analitik modellərin hazırlanması;
- Kart, kredit, ipoteka, depozit, və digər pərakəndə bank məhsulları üzrə yeni təşəbbüslərin irəli sürülməsi və inkişaf etdirilməsi;
- Məhsul istifadəsinin artırılması və müştəri bazasının genişləndirilməsinə yönəlmiş həllərin hazırlanması;
- Müştəri davranışlarının təhlili əsasında məhsul strategiyalarının formalaşdırılması;
- Requlyator qurumlar və daxili biznes komandaları ilə koordinasiyanın təmin edilməsidir.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Bank sahəsində minimum 5 il iş təcrübəsinə;
- Məhsul yaradılması və inkişafı sahəsində minimum 2 il təcrübəyə;
- Kart, kredit, ipoteka, depozit, və digər pərakəndə bank məhsulları üzrə geniş biliklərə;
- Müştəri seqmentasiyası və maliyyə davranışlarının təhlili sahəsində təcrübəyə;
- Məhsul strategiyası və məhsul inkişafı istiqamətində iş təcrübəsinə;
- Core banking sistemlərinin transformasiyası, miqrasiyası və ya iri bank layihələrində iştiraka;
- Internet Banking və Mobile App məhsullarının yaradılması, inkişafı və ya transformasiyası üzrə təcrübəyə;
- Requlyator qurumlar və biznes komandaları ilə əməkdaşlıq təcrübəsinə;
- Güclü analitik düşüncəyə;
- Agile / Scrum metodologiyaları ilə iş təcrübəsinə malik olan şəxsdir.