Rəqəmsal və texnoloji satınalma əməliyyatları şöbəsinin mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər: 


•    Rəqəmsal və texnoloji satınalmalar üzrə Satınalma planının hazırlanmasında iştirak etmək və icrasını təmin etmək;
•    Təkliflərin müqayisəli təhlilini aparmaq və ən optimal təklifi rəhbərliyə təqdim etmək;
•    Satınalma zamanı yarana biləcək riskləri əvvəlcədən dəyərləndirmək;
•    Sifarişçi strukturlar ilə birgə satınalma müqavilələrinin şərtlərinin müəyyənləşdirilməsində iştirak etmək;
•    Təchizatçılardan qiymət təkliflərinin alınmasını təmin etmək;
•    Təchizatçılarla işgüzar əlaqələr qurmaq;
•    Satınalma prosedurlarında iştirak edən şirkətlərin sənədlərinin vaxtında və düzgün təqdim olunmasına nəzarət etmək;
•    Bankın resurslarından səmərəli istifadəni təmin etmək;
•    Sahə üzrə qüvvədə olan qayda və təlimatlarla tanış olmaq və onlara əməl etmək.
•    İT avadanlıq, proqram təminatı və lisenziyaların alınması üzrə texniki spesifikasiyaların hazırlanmasında aidiyyəti şöbələrlə koordinasiya aparmaq;
•    Departamentin iş yükündən irəli gələn digər funksiyaları icra etməkdir.


Bizim üçün uyğun namizəd:


•    Ali təhsilli (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Təchizat zəncirinin idarə edilməsi, İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə); 
•    Azərbaycan dilini sərbəst bilən, ingilis və rus dilləri üzrə işgüzar yazışma və ünsiyyət bacarığına; 
•    Satınalma sahəsində minimum 1-3 il iş təcrübəsinə malik (İT və ya rəqəmsal texnologiyalar üzrə təcrübə üstünlükdür); 
•    Tender, kotirovka və təklif sorğularının (RFI/RFQ/RFP) keçirilməsi üzrə ilkin biliklərə; 
•    İT avadanlıqları, proqram təminatları, lisenziyalar və texnoloji xidmətlər barədə ümumi anlayışa ; 
•    ERP və satınalma sistemləri (SAP Ariba, Microsoft Dynamics 365, və s.) üzrə işləmə bacarığına; 
•    Microsoft Excel proqramını yaxşı səviyyədə bilən ; 
•    Analitik düşüncə, problemlərin həlli, məlumatların təhlili və qərarvermə bacarıqlarına ; 
•    Komanda ilə işləmək, effektiv kommunikasiya qurmaq və nəticəyönümlü fəaliyyət göstərmək bacarığına ; 
•    CIPS və ya digər peşəkar sertifikatlarına (üstünlükdür) sahib olan şəxsdir.