Mikromaliyyələşmə məhsullarının məsafədən satışı üzrə kiçik mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Yeni mikro və kiçik sahibkarları banka müştəri kimi cəlb etmək;
  • Potensial müştərilərdən bank məhsulları üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
  • Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
  • Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
  • Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
  • Görülmüş işlər üzrə hesabat vermək;
  • Müştəri sorğularını bankdaxili strukturlarla koordinasiya etmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə dəstək olmaq;
  • Təyin edilmiş rüblük və illik hədəflərə çatmaq üçün lazımı işlərin görülməsi;
  • Komandanın fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
  • Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
  • Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq;
  • Filial və şöbələrdən daxil olan müraciətlərin qəbulu və icra olunması.

Bizim üçün uyğun namizəd:

  • Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə bakalavr təhsilinin olması;
  • Mikro və kiçik biznes müştərilərlə iş sahəsində minimum 1 il təcrübə;
  • Yüksək səviyyədə ünsiyyət qurmaq və satış bacarığı;
  • Maliyyə hesabatlarını təhlil etmə bacarığı;
  • İnnovativ, yeniliklərə açıq, komandada işləmək bacarığı və müştəri yönümlü yanaşmaya sahib olan;
  • Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
  • MS Office bilikləri olan şəxsdir.