VİP müştərilərlə iş departamentinin Müştəri təcrübələri üzrə aparıcı mütəxəssisi/baş mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Affluent və Private Banking müştəriləri üçün end-to-end müştəri səyahətlərinin (customer journey) dizayn edilməsi, təhlili və optimallaşdırılması;
  • Müştərinin onboarding, gündəlik bankçılıq, depozit, investisiya, wealth planning və advisory xidmətləri üzrə təcrübəsinin inkişaf etdirilməsi;
  • Müştəri seqmentləri və alt-seqmentləri üzrə davranış analizlərinin aparılması, ehtiyacların müəyyənləşdirilməsi və fərdiləşdirilmiş təkliflərin formalaşdırılması;
  • Wealth Management strategiyasına uyğun yeni məhsul və xidmət təşəbbüslərinin hazırlanması və həyata keçirilməsi;
  • Depozit, investisiya və məsləhət xidmətlərinin vahid müştəri təcrübəsi çərçivəsində inteqrasiyasının təmin edilməsi;
  • Mobil tətbiq, internet bankçılıq, RM və Advisor kanalları üzrə omnichannel müştəri səyahətlərinin qurulması;
  • Müştəri təcrübəsinin ölçülməsi üçün KPI və analitik göstəricilərin hazırlanması, monitorinqi və inkişaf sahələrinin müəyyənləşdirilməsi;
  • ABB Invest, Treasury Investment Solutions, Digital Channels, IT və digər biznes komandaları ilə koordinasiyanın təmin edilməsi;
  • Müştəri seqmentasiyası, uyğunluq (eligibility) qaydaları və məhsul yerləşdirmə strategiyalarının hazırlanmasında iştirak;
  • Müştərilərin investisiya məhsullarına çıxışını və istifadəsini artıracaq rəqəmsal həllərin formalaşdırılması;
  • Wealth Management sahəsində beynəlxalq təcrübələrin, bazar trendlərinin və rəqiblərin fəaliyyətinin araşdırılmasıdır. 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Bank, maliyyə xidmətləri və ya Wealth Management sahəsində 3-5 il iş təcrübəsinə; 
  • Customer Journey, Product Management, Customer Experience və ya Business Analysis istiqamətlərindən hər hansı biri üzrə 2-3 il təcrübəyə; 
  • Affluent, Private Banking, depozit və investisiya məhsulları üzrə biliklərə;
  • Müştəri seqmentasiyası, müştəri davranışlarının təhlili və data əsaslı qərarvermə sahəsində təcrübəyə;
  • Digital Banking, Mobile Banking və ya Internet Banking məhsullarının inkişafı və transformasiyası layihələrində iştirak təcrübəsinə;
  • Yeni məhsul və xidmətlərin yaradılması, inkişafı və bazara çıxarılması üzrə təcrübəyə;
  • Agile/Scrum metodologiyaları ilə iş təcrübəsinə;
  • Güclü analitik və strukturlaşdırılmış düşünmə qabiliyyətinə;
  • Müxtəlif biznes və texnologiya komandaları ilə effektiv əməkdaşlıq bacarığına;
  • Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət bacarığına malik olan şəxsdir.