Strateji partnyorlarla iş şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi

Müvəqqəti Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Strateji tərəfdaşlarla birgə reallaşdırılan layihələrin idarə edilməsində iştirak etmək;
  • Əməkdaşlıq modellərinin və kommersiya şərtlərinin hazırlanması;
  • "Co-brand" kart layihələri üzrə yeni partnyorların cəlb edilməsi;
  • Loyallıq proqramları üzrə partnyor şəbəkəsinin inkişaf etdirilməsi;
  • Bank ekosisteminin genişləndirilməsi istiqamətində müvafiq işlərin görülməsi;
  • Əlavə dəyər xidmətlərinin (sığorta, səhiyyə, turizm, rəqəmsal xidmətlər və s.) bank məhsulları ilə inteqrasiyasının təşkili;
  • Brend təsirinin ölçülməsi və strateji təqdimatların hazırlanması;
  • Potensial tərəfdaşlar (holdinqlər, iri şirkətlər, dövlət qurumları) üzrə bazar araşdırmalarının aparılması;
  • Müştəri davranışı analitikası əsasında strateji təkliflərin hazırlanması.

 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Satış, tərəfdaşlıq (partnership) və ya B2B əlaqələrinin idarə edilməsi sahəsində minimum 1 il iş təcrübəsi olan;
  • Danışıqlar aparmaq və kommersiya təklifləri hazırlamaq bacarığı olan;
  • Analitik düşüncə və təşəbbüskarlıq nümayiş etdirən;
  • Azərbaycan və rus dillərini sərbəst bilən (ingilis dili arzuolunandır).