1. Proqram təminatı aktivlərinin idarə edilməsi üzrə baş mütəxəssis (SAM)

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bank üzrə Software Asset Management (SAM) prosesinin tətbiqi, idarə olunması və davamlı təkmilləşdirilməsini təmin etmək;
  • SAM siyasəti, standartları, prosedurları və qaydalarını hazırlamaq, tətbiq etmək və yeniləmək;
  • Bank üzrə mərkəzləşdirilmiş proqram təminatı lisenziya reyestrini formalaşdırmaq və aktuallığını təmin etmək;
  • Lisenziyaların qeydiyyatını, istifadəsini, müqavilə şərtlərini, yenilənmə tarixlərini və uyğunluğunu (License Compliance) idarə etmək;
  • Lisenziyaların istifadəsini monitorinq edərək istifadə edilməyən, təkrarlanan və ya artıq lisenziyaları müəyyən etmək, reclaim, right-sizing və optimallaşdırma tədbirlərini həyata keçirmək;
  • Funksional baxımdan təkrarlanan proqram təminatlarını müəyyən etmək və konsolidasiya üzrə təkliflər hazırlamaq
  • Lisenziya uyğunluğu üzrə dövri yoxlamalar (Compliance Reviews) həyata keçirmək, Shadow IT, lisenziya pozuntuları və End-of-Life/End-of-Support proqram təminatlarını müəyyən etmək, risklərin idarə olunmasını təmin etmək;
  • Satınalma və Maliyyə bölmələrini yenilənmə (renewal), konsolidasiya və optimallaşdırma üzrə analitik məlumatlarla dəstəkləmək;
  • SAM proseslərini HR, IAM, Service Desk və digər korporativ sistemlərlə inteqrasiya, avtomatlaşdırma təşəbbüslərini həyata keçirmək;
  • SAM sahəsində beynəlxalq təcrübələri izləmək və Bank daxilində tətbiqi üzrə təşəbbüslər irəli sürmək.
  • Bank üzrə proqram təminatı lisenziya xərclərinin optimallaşdırılması üzrə təşəbbüslər irəli sürmək
  • SAM üzrə dashboard və hesabatları hazırlamaq, proqram təminatı xərclərinin optimallaşdırılması və uyğunluq göstəricilərini izləmək;

Bizim üçün uyğun namizəd:

  • İnformasiya Texnologiyaları, İnformasiya Sistemləri, Kompüter Elmləri və ya digər uyğun ixtisas üzrə ali təhsilli;
  • Software Asset Management (SAM), IT Asset Management (ITAM), IT Governance, İT əməliyyatları (IT Operations), İT xidmətlərinin idarə olunması (ITSM), vendor və ya lisenziya idarəçiliyi sahəsində sahəsində minimum 3 il iş təcrübəsi olan;
  • Proqram təminatı lisenziyalaşdırılması, vendor müqavilələri və proqram təminatı xərclərinin idarə olunması üzrə praktiki təcrübəyə sahib;
  • SAM/ITAM həlləri ilə iş təcrübəsi olan;
  • Power BI, Tableau, SQL və ya digər analitik alətlərlə işləmək bacarığı üstünlük hesab edilir;
  • HR, IAM, Microsoft 365, CMDB və digər korporativ sistemlərin inteqrasiyası üzrə təcrübə üstünlük hesab edilir
  • ITAM Forum – Certified Software Asset Manager (CSAM) və ya ITIL, COBİT Foundation sertifikatları üstünlükdür.
  • Azərbaycan dilini sərbəst, ingilis dilini yüksək səviyyədə bilən şəxsdir.