Görəcəyiniz işlər:
- Mövcud müştəri bazasına uyğun məhsulların satışının həyata keçirilməsi;
- Məsafədən satışların həyata keçirilməsi;
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edərək bank məhsulları barədə məlumat verilməsi;
- Biznes müraciətlərinin təhlil olunması;
- Müştəri ehtiyaclarının müəyyən edilərək uyğun bank məhsullarının təklif edilməsi;
- Keyfiyyətli portfelin formalaşdırılması və onun idarə edilməsi;
- Bank məhsullarının satışı üzrə müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Azərbaycan dilini yüksək səviyyədə bilən;
- Mikro kreditləşmə üzrə 6 ay təcrübəsi olan;
- Riyazi hesablama və analitik düşüncə qabiliyyəti olan;
- Satış bacarığı olan;
- Yaxşı səviyyədə ünsiyyət bacarıqları olan;
- Məsuliyyətli və diqqətli olan şəxsdir.